2018-ci il mart ayının sonunda İran prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Martın sonunda prezident Ruhani Azərbaycana rəsmi səfər edəcək. Hazırda tərəflər tərəflər arasında səfərin tarixi və gündəliyinin dəqiqləşdirilməsinə dair danışıqlar aparılır”, - agentliyin həmsöhbəti qeyd edib.
Öncə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib ki, 2018-ci ildə İran prezidentinin Bakıya rəsmi səfəri baş tutacaq. **
F.İsazadə