“Kapital Bank” 2017-ci ildə aktivlərini 2,8% - 3 mlrd. 184,537 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2018-ci il yanvarın 1-nə bankın kredit portfeli 1 mlrd. 243,981 mln. manata (artım 1,8%) bərabərdir.
Hesabat ilinin sonuna bankın öhdəlikləri 2 mlrd. 858,593 mln. manat (artım 1,5%) təşkil edir. Yanvarın əvvəlinə bankın depozit portfeli 2 mlrd. 361,975 mln. manata (artım 6%) bərabərdir.
2018-ci il yanvarın 1-nə bankın məcmu kapitalı 325 mln. 944,02 min manat (artım 13,2%), nizamnamə kapitalı 185,85 mln. manat (dəyişməyib) təşkil edir.*
“Kapital Bank” 2017-ci ili 94 mln. 839,9 min manat məbləğində xalis mənfəətlə (2016-cı illə müqayisədə artım 81%) başa vurub.
A.Əzizov