Rəsmi Bakı Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyininmətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Azərbaycan tərəfi Sergey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır”, - H.Hacıyevin bəyanatında deyilir.
Öncə S.Lavrov 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında qeyd edib ki, “Rusiya danışıqlar prosesində münaqişə tərəflərini ümumi məxrəcə gətirməyə çalışır”.
"Bu problemi bir sənədlə birdəfəlik tam həll etmək alınmayacaq. Ona görə də hazırda mümkün olan razılıqlar və sonradan yekun həll üçün üzərində işlənməsini tələbə edən məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu əsasında mərhələli yanaşma lazımdır. Odur ki, hər şey tərəflərin özlərindən asılıdır", - rusiyalı nazir vurğulayıb. **
A.Əzizov