SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ildə 7 mln. 427,1 min ton neft hasil edib ki, bu da 2016-cı ilin göstəricisindən 1,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Ötən ilin dekabr ayında SOCAR üzrə 624,3 min ton neft hasil olunub.
2017-ci ildə Azərbaycanda hasil olunmuş neftin 19,2%-i SOCAR-ın payına düşüb.
2016-cı ildə şirkət tərəfindən 7 mln. 522,4 min ton neft hasil olunub.*
N.Abbasova