Azərbaycanın Moskvadakı səfirliyi qarşısında bağa dahi Azərbaycan müğənni və bəstəkar Müslüm Maqomayevin adı verilib. Bu barədə Rusiya mətbuatı məlumat verir.
Moskva hökumətinin rəyasət heyətinin iclasında mer Sergey Sobyanin tərəfindən bu qərar qəbul edilib.
“Yeliseev döngəsində yerləşən bağa dahi müğənni, bəstəkar SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə onun adı verilib”, - qərarda deyilir.
Moskva merinin müavini Leonid Peçatnikovun sözlərinə görə, 2011-ci ildə həmin bağın yaxınlığında M.Maqomayevin abidəsi ucaldılıb. 2017-ci ildə isə bağın yaxınlığında məşhur artisin yaşadığıbinaya xatirə lövhəsi vurulub. **
F.İsazadə