2017-ci ildə Azərbaycanda vətəndaşlarınm şəxsi hesabına inşa olunan fərdi yaşayış evlərinin ümumi sahəsi 1 mln. 599,9 min kv. metr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanda vətəndaşlarınm şəxsi hesabına 11,2 min fərdi yaşayış evi inşa olunub. Beləliklə, 2017-ci ildə fərdi yaşayış evlərinin sayı 2,7% artıb.
“Ötən il respublikada 11,5 min fərdi yaşayış evi istifadəyə verilib. Həmin evlərin ümumi sahəsi 1 mln. 599,9 min kv. metr və ya 2017-ci ildə ölkədə istifadəyə verilən mənzillərin ümumi sahəsinin 92,6%-ni təşkil edib”, - məlumatda deyilir.
Bununla belə, kənd yerlərində 626,7 kv. metr sahəsində fərdi evlər inşa edilib.
“Əhalinin vəsaiti hesabına inşa olunan yaşayış mənzillərinin orta sahəsi 138,6 kv. metr təşkil edib”, - Komitədən qeyd ediblər.
Fərdi evlərin tikintisi əsasən Bakı, Naxçıvan, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Abşeron, Şəmkir, Tovuz, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında həyata keçirilib. **
A.Əzizov