2018-ci ildə Caspian European Club (CEC) vergi sahəsində təkliflər paketini Vergilər Nazirliyinə təqdim etməyi planlaşdırır. Bu barədə jurnalistlərə CEC-in baş icraçı direktoru Mustafa Abbasbəyli məlumat verib.
“Əsasən vergi siyasəti sahibkarların fəaliyyətinə təsir edir. CEC sahibkarları bir araya toplayaraq vergi sahəsində mövcud problemləri və məsələlıri müzakirə etmək, çıxış yollarını axtarmaq və bu istiqamətdə nazirliyə təqdim etmək üçün təkliflər paketini hazırlamaq niyyətindədir”, - M.Abbasbəyli bildirib.
O həmçinin qeyd edib ki, yeni vergilər naziri Mikayıl Cabbarov “təkiflərə açıqdır və dəyişiklərin olmasını istəyir”.
“İnterfaks-Azərbaycan” agentliyinin hansı məsələlərin müzakirəyə çıxarılacağına dair sualına cavabında M.Abbasbəyli vurğulayıb ki, “onlar vergilər üzrə qanunvericilikdə islahatlar və vergi sahəsində mövcud qanunvericiliyin tətbiqinə aid olacaq”. **
B.Rüstəmbəyov