Ötən gün Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların 24-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.*
F.İsazadə