“Azərbaycan İnvestisiya Şirkəti” ASC üç sənaye məhəlləsində fəaliyyət göstərmək üçün kiçik və orta müəssisələrdən layihələrin qəbuluna başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİŞ-dən məlumat verilib.
Xüsusilə, AİŞ Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrində fəaliyyət göstərmək məqsədi ilə layihə təkliflərinin qəbulunu elan edib.
AİŞ Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrində fəaliyyətin təşkili və nizamlanması ilə məşğul olur.
Öncə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib ki, 2018-ci ilin aprel ayında Masallı sənaye məhəlləsində ilk müəssisələr fəaliyyətə başlayacaq. Sənaye məhəlləsinin tikintisinə 2017-ci ilin iyul ayında başlanılıb. Sahibkarlar sənaye məhəlləsində fəaliyyət məqsədilə 33 layihə təqdim ediblər. Layihələr əsasən mebel, tikinti materiallrı, plastik tara, xalça, mineral sular, ərzaq və ASK məhsullarının istehsalını nəzərdə tutur. Sənaye məhəlləsinin ərazisində bütü müəssisələr işə başlayandan sonra burada 600 nəfər çalışacaq. **
N.Abbasova