2017-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ÜDM-in nominal həcmi 70 mlrd. 135,1 mln. manat təşkil edib.
2017-ci ildə qeyri-neft sektorunda ÜDM 2,7% - 44 mlrd. 61,9 mln. manatadək artıb (xüsusi çəki 62,8%).
Hesabat dövründə neft sektorunda ÜDM 5% azalaraq nominal ifadədə 26 mlrd. 73,2 mln. manat təşkil edib.
Bu dövrdə ÜDM-in 40,1%-i sənayedə, 10,4%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 9,5%-i tikintidə, 6,8%-i nəqliyyatda və anbar təsərrüfatında, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,6%-i informasiya və rabitə xidmətlərində, 16,4%-i digər xidmətlər sahəsində istehsal olunub, 7,3%-i isə vergilərin payına düşüb
2017-ci il ərzində ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 7,205 min manat (azalma 0,9%) təşkil edib.
2016-cı ildə respublikada ÜDM 3,1% azalıb.**
N.Abbasova