2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 29 mln. 954,1 min ton neft ixrac edib ki, bu da ötən ilin göstəricisindən 6,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $11 mlrd. 26 mln. 651,6 min (artım 19,5%) təşkil edib”, - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-noyabr aylarında ixrac edilmiş $9 mlrd. 637 mln. 331,1 min məbləğində neftin bəyan edilmiş həcmi 24 mln. 723,7 min ton təşkil edib.
2016-cı ildə Azərbaycandan 35 mln. 30,3 min ton neft ixrac olunub.**
N.Abbasova