SOCAR bu gün şirkətin istiqrazlarının sahiblərinə 5-ci dəfə faizlər üzrə $1,25 mln. məbləğində ödəniş həyata keçirib. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
"Yanvarın 17-də SOCAR istiqrazlarının sahiblərinə $1,25 mln. vəsait ödənilib. Həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarına köçürülüb", - deyə məlumatda bildirilir.
2017-ci ildə isə SOCAR istiqrazlarının sahiblərinə faizlər üzrə ümumilikdə 5 mln. manat olmaqla 4 dəfə ödəniş həyata keçirilib.
«İndiki ödəniş də nəzərə alınmaqla istiqraz sahibləri 6,25 mln. manat gəlir götürüblər», - deyə məlumatda vurğulanır.*
N.Abbasova