2017-ci ildə Azərbaycanda 6 mlrd. 580 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2016-cı ilin göstəricisindən 4,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2017-ci ildə 3 mlrd. 561 mln. manat məbləğində heyvandarlıq, 3 mlrd. 19 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsal həcmi 2,7% artıb.
Bundan başqa, 2017-ci ildə respublikada 540,5 min ton ət (artım 3,2%), 2 mln. 24,1 min ton süd (artım 0,7%), 1 mlrd. 714 mln. ədəd yumurta (artım 6,5%) istehsal edilib.
Bu dövrdə bitkiçilik məhsullarının istehsal həcmi 5,2% artıb.
Ötən il 913,9 min ton kartof (artım 1,3%), 1 mln. 405,6 min ton tərəvəz (artım 10,6%), 438,1 min ton bostan məhsulları (azalma 5,7%), 954,8 min ton meyvə və giləmeyvə (artım 8,2%), 152,8 min ton üzüm (artım 12%), 5,213 min ton tütün (artım 45,4%), 775,2 ton yaşıl çay yarpağı (azalma 23,7%) yığılıb.
Bundan əlavə, 2017-ci ildə 207,5 min ton (artım 2,3 dəfə) pambıq, 422,2 min ton (artım 22%) şəkər çuğunduru, 30,6 min ton (artım 78,1%) günəbaxan yığılıb.*
B.Rüstəmbəyov