2017-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,8% - 2 mlrd. 727,3 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agenliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 5,4% - 1 mln. 215,1 min tonadək, sürtkü yağı istehsalı 3,6 dəfə – 34,9 min tonadək, neft bitumu istehsalı 32,4% - 237,2 min tonadək, neft koksu istehsalı 10,6% - 228,7 min tonadək artıb.
Hesabat ilində birbaşa qovulan benzin istehsalında 4,6% - 188,3 min tonadək, kerosin istehsalında 6,3 % - 587,9 min tonadək, dizel yanacağı istehsalında 18,1% - 1 mln. 895,7 min tonadək, soba mazutunun istehsalında 45,2% – 266,3 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
N.Abbasova