2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 1 mln. 120,8 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22,2 azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $220 mln. 631,8 min (azalma 24,6%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $160 mln. 742,6 min dəyərində (artım 7,7%) 349,7 min ton şəkər xammalı və şəkər (azalma 2,6%), $109 mln. 673,5 min dəyərində (azalma 2,7%) 119,6 min ton bitki yağı (azalma 4,4%), $46 mln. 189,2 min dəyərində (artım 19%) 11 min 635,6 ton çay (artım 4,7%), $58 mln. 604 min dəyərində (artım 29,4%) 12 min 467,7 ton kərə yağı və süd (azalma 7,4%) idxal edilib.
2017-ci ilin 11 ayı ərzində respublikaya $24 mln. 564,7 min dəyərində (artım 92,1%) 8 min 594,7 ton iri buynuzlu heyvan əti, $24 mln. 567 min dəyərində (artım 46,1%) 24 min 296,4 ton toyuq əti və ondan məmulatlar idxal olunub (artım 2,1 dəfə).
Yanvar-noyabr ayalrında respublikaya $57 mln. 892,3 min dəyərində (artım 4,3%) 64 min 104,9 ton meyvə (artım 2,5%), $13 mln. 98,5 min dəyərində (azalma 22,4%) 24 min 511,6 ton tərəvəz (azalma 43,7%), $30 mln. 154,9 min dəyərində (artım 0,7%) 145,8 min ton kartof (azalma 10,7%) idxal edilib.
11 ay ərzində ölkədən $170 mln. 618,7 min dəyərində (artım 62,2%) 214 min ton tərəvəz (artım 83,8%), $255 mln. 580,3 min dəyərində (artım 18,8%) 220,2 min ton meyvə (artım 22%), $39 mln. 143,9 min dəyərində (azalma 34,5%) 60 min 695,9 ton şəkər (azalma 42,1%), $9 mln. 149,6 min dəyərində (azalma 0,6%) 8 min 833,7 ton bitki yağı (artım 0,1%) ixrac edilib.
Həmçinin yanvar-noyabr aylarında $9 mln. 19 min dəyərində (artım 71,6%) 8 min 470,5 ton meyvə və tərəvəz şirəsi (artım 64,6%), $5 mln. 354,1 min dəyərində (artım 64,1%) 339,1 min dekalitr üzüm şərabı və üzüm şirəsi şirəsi (artım 97,6%) ,$4 mln. 595,9 min dəyərində (artım 4,3%) 5 min 369,1 min ton meyvə və tərəvəz konservi (artım 5,1%) ixrac edib. **
N.Abbasova