Ötən gün Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 110 cinayət faktı qeydə alınıb, onların 19-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
F.İsazadə