2017-ci ildə Azərbaycanda ixracatçılara dövlət büdcəsindən təxminən 2 mln. 683 min manat məbləğində ixrac dəstəyi ödənilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Dekabrın 19-dək İqtisadiyyat Nazirliyinə ixracın təşviqinə görə vəsaitin əldə olunması ilə bağlı 465 müraciət daxil olub. Onların 439-u üzrə müsbət qərar qəbul olunub. Ümumilikdə, ixracatçılara 27 mln. manat məbləğində məhsullarlın ixracına görə 2 mln. 683 min manat məbləğində ixrac dəstəyi ödənilib”, - Mərkəzdən qeyd ediblər.
Bununla belə, 1,65 mln. manat məbləğində ixrac dəstəyi (ixracatçılara ödənilən məbləğin ümumi həcmindən 61,5%) şərab ixracatçıları, 546,8 min manat (20,4%) müxtəlif növ konservlərin ixracatçıları, 336.7 min manat (12,6%) pambıq-iplik ixracatçıları əldə ediblər. **
B.Rüstəmbəyov