“Azərkosmos” ASC 2017-ci ildə iki peykin kommersiya istismarından $23 mln. məbləğində gəlir əldə edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Ötən il peyk telekommunikasiya xidmətlərininin (“Azerspace-1”) ixracından 14 mln. ABŞ dolları, optik peyk xidmətlərinin (“Azersky”) ixracından isə 9 mln. ABŞ dolları gəlir əldə edilib”, - deyə məlumatda bildirilir.
İndiyədək “Azərkosmos” ASC peyklərin istismarından $90 mln. gəlir əldə edib.
“Azərkosmos”un resurslarından istifadə edən əsas ölkələr bunlardır: Fransa, BƏƏ, Gürcüstan, Almaniya, Çin, Rusiya. Ümumilikdə 20-yə yaxın ölkə ASC-nin xidmətlərindən faydalanır.*
B.Rüstəmbəyov