Bakı-Yalama dəmir yolunun yenidən qurulması və Qəbələ şəhərinə qədər dəmir yolu qolunun tikintisi nəinki Azərbaycan, həm də Rusiya və İrana çox sərfəlidir. «Русская Контейнерная Компания» (РКК) SC-nin analitik şöbəsinin ekspertləri belə hesab edirlər.
“2018-ci ildə Azərbaycan Bakı-Yalama dəmir yolunun yenidən qurulmasına başlayacaq. Bunun çərçivəısində həmçinin Qəbələ şəhərinə qədər dəmir yolu qolunun tikintisi planlaşdırılır. Bu cür infrastruktur layihələr nəinki Azərbaycan üçün, həm də Rusiya və İrana çox sərfəlidir. İran beynəlxalq sanksiyalar aradan qaldırılandan sonra dünyada iqtisadiyyatın ən yüksək artım templərini nmümayiş etdirir”, - şirkətin mütəxəssisləri qeyd edirlər.
Məlumata əsasən, Bakı-Yalama dəmir yolunun infrastrukturu sovet dövründən etibarən mövcuddur. Lakin, bu yolun “Şimal Cənub” dəhlizinin bir hissəısi olacağını nəzərə alaraq onun möhkəmliyi və dayanıqlığına, həmçinin qatarlara sürətli və rahat xidmətlərin göstərilməsi üçün stansiyaların tiintisinə zərurət yaranıb.
“Bundan başqa, bu dəmir yolu ilə qatarların sürətini artırmaq lazımdır. 25-25 km saatda orta sürətlə yüklər Azərbaycan ərazisi ilə cənubdan şimala təxminən 10 saata daşınacaq. Əgər infrastruktur qatarlara saatda 100 km hərəkət etməyə imkan verərsə, Azərbaycan ilə tranzit müddəti 2,5 saata qədər azala bilər”, - PKK qeyd edir.
Şirkətin baş direktoru İvan Qrişaqinin proqnozlarına görə, mövcud olan və Rusiya və İranı birləşdirəcək istifadəyə verilməsi hazırlanan dəmir yollarının ötürmə qabiliyyətinin ilkin qiymətləndirmələri göstərir ki, “onlar nəinki ödəniləcək, həm də iki ölkənin iqtisadiyyatlarının möhkəmləndirilməsi üçün mühüm amilə çevriləcək”.
“Görüləcək tədbirlər əlbəttə ki, ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa və proqnozlaşdırılan $10 mlrd. göstəricini ötməyə imkan yaradacaq”, - İ.Qrişaqin hesab edir. **
N.Abbasova