Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında”yeni qanun hazırlanacaq. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqındasərəncam imzalayıb.
Nazirlər Kabineti “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
Qanun layihəsində aşağıdakı məsələlər tənzimlənməlidir: investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri; investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu; investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası; mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla); investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası. **
B.Rüestəmbəyov