2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 163,8 min ton mineral gübrə idxal edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 19,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $48 mln. 332,9 min (artım 15,3%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana $5 mln. 906,1 min dəyərində (azalma 66%) 27 min 742,4 ton sement və klinker (azalma 92,5%) idxal edilib.
Hesabat dövründə respublikaya $35 mln. 49,7 min dəyərində (azalma 5,7%) 29 min 662,4 ton (azalma 8,7%) polietilen idxal edilib.
Yanvar-noyabr aylarında Azərbaycana $173 mln. 314,7 min dəyərində 275,9 min ton metalyayma məhsulu (artım 9%), $53 mln. 90,7 min dəyərində 102,6 min ton qara metaldan hazırlanan çubuqlar (artım 11,4%), $211 mln. 442 min dəyərində 32 min 531,1 ton qara metaldan hazırlanan günyə (artım 23,1%), $24 mln. 480,2 min dəyərində 117,5 min ton qara metaldan hazırlanan boru (azalma 47,4%) idxal edilib.*
B.Rüstəmbəyov