Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə Qazaxıstanda sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinin həlak olması ilə bağlı başsağlığı verib.
“Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı”, - Azərbaycan prezidentinin başsağlığı məktubunda deyilir.
İ.Əliyev Ş.Mirziyoyevə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. **
F.İsazadə