2017-ci ildə Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2016-cı illə müqayisədə 6,6% - 1 mlrd. 724,6 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 81,2% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72,5%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 1 mlrd. 250,3 mln. manatlıq xidmət göstərilib (artım 7,9 %).
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 49,6%-i və ya 856,2 mln. manat (artım 4,4%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.**
N.Abbasova