Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İbrahim Mənəfov şəhid olub”, - deyə məlumatda bildirilir.*