2017-ci ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 mlrd. 973,4 mln. nəfər sərnişin daşınıb ki, bu da 2016-cı ilin göstəricisindən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2,4 mln. nəfər (artım 23,8%), dəniz nəqliyyatı ilə 17,1 min nəfər (azalma 9,1%), hava nəqliyyatı ilə 2 mln. 358,8 min nəfər (artım 19,1%), metro vasitəsi ilə 228,8 mln. nəfər (artım 5,2%) daşınıb.
2017-ci ildə avtomobil nəqliyyatı vasitələri ilə 1 mlrd. 739,7 mln. sərnişin (artım 1,8%), avtobuslarla 1 mlrd. 672 mln. 154 min sərnişin (artım 1,8%), taksilərlə 67 mln. 571,5 min sərnişin (artım 3%) daşınıb.*
B.Rüstəmbəyov