İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 13 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 179 cinayət faktı qeydə alınıb, onların 38-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 49 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.*
F.İsazadə