Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 20-də «Salyan Broyler» ASC-nin səhmlərini hərraca çıxarır. Bu barədə komitənin məlumatında deyilir.
"Fevralın 20-də dövlət əmlakının satışı üzrə növbəti hərrac keçiriləcək. İlkin start qiyməti ən çox olan əmlak «Salyan Broyler» ASC-dir. Adı çəkilən əmlakın səhminin 30%-i 170 min manatdır”, - deyə məlumatda bildirilir.
Budəfəki hərracda müxtəlif çeşidli 148 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 25-i səhmdar cəmiyyətləri, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-si istifadəsiz qeyri-yaşayış sahəsidir. Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.*
B.Rüstəmbəyov