Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 250 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank yanvarın 22-də keçirilən hərracda 14 gün müddətinə 250 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 318 mln. manat təşkil edib. Orta ölçülmüş faiz dərəcəsi 14,3% olub”, - deyə məlumatda bildirilir.
Vəsait 14 gün müddətinə cəlb olunub.
Xəbər verildiyi kimi, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.**
N.Abbasova