Mətin Eynullayev vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
Prezident İlham Əliyev M.Eynullayevin vergilər nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Yeni təyinata qədər M.Eynullayev təhsil nazirinin müavini vəzifəsində çalışıb (yanvar 2017 – yanvar 2018).
M.Eynullayev 1975-ci il martın 22-də anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.*
A.Əzizov