SOCAR 2017-ci ildə qazma işlərinin həcmini 2016-cı ilin göstəricisi ilə müqayisədə 30,7% - 138 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
"Ötən il qazma işlərinin 93%-i istismara, 7%-i kəşfiyyata aid olub”, - deyə məlumatda bildirilir.
2017-ci ildə 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilib.
2016-cı ildə SOCAR üzrə qazma işlərinin həcmi 105,245 min metr təşkil edib.*
N.Abbasova