SOCAR Rumıniyada yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib. Bu barədə Rumıniya KİV-ləri məlumat verir.
“Yanacaqdoldurma məntəqəsi Braşov şəhərində istifadəyə verilib. Bununla da bu ölkədə SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 39-a çatıb”, - deyə məlumatda bildirilir.
YDM ən müasir avadanlıqlarla təchiz edilib, burada kommunal və digər ödənişlərin həyata keçirilməsi üçün terminallar quraşdırılıb.
SOCAR Rumıniyanın 18 rayonunda yanacaqdoldurma məntəqələrinə malikdir.*
N.Abbasova