2017-ci ildə Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2016-cı illə müqayisədə 16,5% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə respublikada 737,7 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bununla belə, 2017-ci il ərzində kimya məhsullarının istehsal həcmi 16,5%, rezin və plastmas məmulatların istehsal həcmi 42,4% 71,7% azalıb. Əczaçılıq məhsullarının istehsalı 2,5 dəfə artıb”, - Komitədən bildiriblər.
Məlumatlara əsasən, bu dövrdə azot istehsalı 4% - 23 mln. 220,7 min kubmetrə qədər, izopropil spirti istehsalı 32,9% - 11 min 885,4 tona qədər, metanol istehsalı 2,3 dəfə - 265,8 min tona qədər, lak-boya məhsulları istehsalı 24,3% - 9 min 816 tona qədər, başqaüzvü həlledicilər istehsalı 3,7% - 11 min 838,5 tona qədər artıb.
Hesabat ilində yod istehsalı 4,4% - 198,5 tona qədər, oksigen istehsalı 56% - 3 mln. 527,2 min kubmetrə qədər, propilen istehsalı 7,2% - 48,5 min tona qədər, polietilen istehsalı 7% - 93,2 min tona qədər, etilen istehsalı 7,2% - 96,1 min tona qədər azalıb. **
N.Abbasova