2018-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycan üzrə 2 mln. 679,333 min baş iribuynuzlu mal-qara mövcud olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindənməlumat verilib.
“Ötən il yanvarın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 0,7%, qoyun və keçilərin sayı 1,7% azalıb. 2018-ci il yanvarın 1-nə ölkə üzrə 8 mln. 465,64 min baş qoyun və keçi var.
2017-ci ildə ev quşlarının sayında artım qeydə alınıb. Bu il yanvarın əvvəlinə ölkədə 12 mln. 469 min baş ev quşu var ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 24,9% çoxdur.*
B.Rüstəmbəyov