“Azəriqaz” İstehsalat Birliyi (İB) 2017-ci ildə 2 min km-ə yaxın qaz kəməri çəkib. Bu barədə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev hakim Yeni Azərbaycan Partiyasının saytında dərc olunmuş müsahibəsində bildirib.
“Birlik tərəfindən 2017-ci il ərzində 1,886 min km yeni qaz kəməri quraşdırılıb. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 km qaz kəməri əsaslı təmir olunub”, - deyə o bildirib.
Baş direktorun sözlərinə görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.*
B.Rüstəmbəyov