2017-ci ildə SOCAR şirkəti (ARDNŞ) İrandan 1 mlrd. 761 mln. kubmetr qaz idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“2016-cı ilin oktyabr ayında İrandan qaz idxalına dair imzalanan müqaviləyə əsasən 2017-ci ildə Azərbaycana 1 mlrd. 761 mln. kubmetr qaz tədarük olunub. Bununla belə, Naxçıvan Muxtar Respublikasına 270 mln. kubmetr qaz ixrac edilib”, - şirkətdən qeyd ediblər.
Bununla yanaşı, NMR-nin tələbatı üçün İrana qazın svop tədarükü çərçivəsində 2025-ci ilə qədər qüvvədə olan müqaviləyə əsasən, hər il İran tərəfinə 402 mln. kubmetr qaz verilir. Qeyd olunan həcmdən 350 mln. kubmetr qaz Naxçıvana tədarük olunur. **
N.Abbasova