SOCAR 2017-ci ildə Gürcüstana 1 mlrd. 380 mln. kubmetr qaz nəql edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
«2017-ci ildə qazın alqı-satqı müqaviləsi çərçivəsində Gürcüstana 1 mlrd. 380 mln. kubmetr qaz nəql edilib», - deyə məlumatda bildirilir.
2016-cı ildə SOCAR tərəfindən Gürcüstana 1 mlrd. 321 mln. kubmetr qaz nəql edilib. Beləliklə, 2017-ci ildə nəqlin həcmi 2016-cı illə müqayisədə 4,4% artıb.*
N.Abbasova