“SOCAR-AQŞ” MMC “Günəşli” yatağının dərinsulu hissəsindəki quyuda qazma işlərinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“320 saylı quyu 7 saylı stasionar dəniz özülündən Fasilə Lay Dəstəsinə qazılacaq.
Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Hazırda “SOCAR-AQŞ” dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağındakı 6 saylı Dərin Dəniz Stasionar Özüllərində qazma işləri aparır.*
N.Abbasova