1 yanvar 2018-ci il tarixinə Azərbaycanda 3 mln. 566,745 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
“2017-ci ildə 193,188 min sosial sığorta üzrə fərdi hesab açılıb, bu da 2016-cı ilin göstəricisindən 0,7% çoxdur”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır. **
N.Abbasova