Yanvarın 23-də Azərbaycan prezidenti İlham Əliyevin Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih ilə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İ.Əliyevölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin, iqtisadi, enerji təhlükəsizliyi və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu bildirdi”, - məlumatda deyilir.
Söhbət zamanı OPEC çərçivəsində əməkdaşlıqdan və SOCAR və “Saudi Aramco” şirkətləri arasında işbirliyindən danışıldı. **
N.Abbasova