2017-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 33 mln. 755 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 0,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2017-ci ildə BTC ilə 33 mln. 755 min ton neft daşınıb, bu da hesabar dövründə magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 79% təşkil edir”, - Komitədən bildirilir.
2017-ci ildə BTC neft kəməri ilə tranzit neftinin həcmi 6 mln. 432,4 min ton təşkil edib, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 36,8% çoxdur.
Xəbər verildiyi kimi, 2016-cı ildə BTC ilə 33 mln. 929,9 min ton neft nəql olunub. Bununla bərabər, nəql olunan tranzit neftinin həcmi 4,7 mln. ton təşkil edib. **
N.Abbasova