2017-ci ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 226,4 mln. ton təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə qeyri-neft yük daşımalarının həcmi 3,5% - 156,6 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 81,4% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 18,6% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2017-ci ildə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2016-cı illə müqayisədə 1,4% artıb.
Hesabat dövründə dəmir yolu ilə 14,4 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2016-cı ilin göstəricisindən 7% azdır.
Dəniz nəqliyyatı ilə 8 mln. 344,6 min ton (artım 43,7%), avtomobil nəqliyyatı ilə 144,9 mln. ton (artım 2,4%), hava nəqliyyatı ilə 170,7 min ton (artım 6,9%) müxtəlif yük daşınıb.
По внутренним нефтепроводам в отчетный период транспортировано 42 млн 721 тыс. тонн нефти (спад на 3,2%). Остальной объем транспортировки пришелся на магистральные газопроводы.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 42 mln. 721 min ton neft (azalma 3,2%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov