Prezident İlham Əliyev Davosda bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşdə gələcək əməkdaşlığa dair məsələləri müzakirə edib.
İ.Əliyev, həmçinin “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə də görüşüb. O, “Lazard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirib.
Bundan başqa, dövlət başçısı “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti və ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn ilə görüşüb.*
F.İsazadə