“Bank VTB” 2018-ci ilin I rübündə "VTB Bank (Azerbaijan)" ASC-nin kapitalını 265 mln. manat artırmağı planlaşdırır. Bu barədə “Bank VTB”nin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin məlumat verib.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, prezident İlham Əliyev Davosda A.Kostinlə görüşüb.
Görüş zamanı tərəflər maliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər. A.Kostin Azərbaycan prezidentinə bu ilin birinci rübündə “VTB (Azərbaycan)”ın kapitalının 265 mln. manat məbləğində artırılması planlarından danışıb.
Tərəflər, həmçinin Azərbaycan iqtisadiyyatına investisiyaların, xüsusilə də beynəlxalq bazarlardan ölkəyə maliyyə vəsaitləri cəlb edilməsinin təşkilində VTB-nin iştirakı məsələlərini müzakirə ediblər.*
A.Əzizov