2017-ci ildə Azərbaycanda 1,8 min yol-nəqliyyat hadisəsi qeydə alınıb, 750 nəfər həlak olub. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoruRamiz Zeynalov deyib.
“Ötən il Azərbaycanda 1,833 min yol qəzası qeydə alınıb, nəticədə 750 nəfər həlak olub, 1,719 min nəfər yaralanıb”, - R.Zeynalov 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə yol qəzalarında həlak olanların sayı 2016-cı illə müqayisədə 1,2%, yaralananların sayı 14,2% azalıb.
“Ümumilikdə, ötən il ölkədə qeydə alınan yol qəzalarının sayı 2016-cı illə müqayisədə 8,6% azalıb”, - R.Zeynalov əlavə edib. **
F.İsazadə