Vergilər Nazirliyi 2017-cİ ildə 148,99 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
2016-cI ildə Vergilər Nazirliyində 145,874 min vergi ödəyicisi qeydiyyatdan keçib. Beləliklə, 2017-cİ il ərzində qeydiyyata alınan vergi ödəyicilərinin sayı 2,1% artıb.
“2017-ci ildə 148,990 vergi ödəyicisi, həmçinin 11,860 min hüquqi şəxs, fərdi sahibkarlıqla məşğul olan 137,13min fiziki şəxs qeydiyyata alınıb”, - nazirlikdən qeyd ediblər.
Vurğulanır ki, 2018-ci ilin 1 yanvar tarixinə vergi ödəyicilərinə 404,646min sayda ASAN İmza sertifikatı verilib.
Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 1-2 gün ərzində həyata keçirilir.**
A.Əzizov