Prezident İlham Əliyev bu gün Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sessiyaya dövlət və hökumət başçıları ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərinin rəhbərləri, mütəxəssisləri və alimləri də qatılıb.
Tədbir iştirakçıları neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparıblar.*
F.İsazadə