Bu gün prezident İlham Əliyevin Davosda İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüş Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.
“Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
B.Netanyahu qeyd edib ki, ötən il Azərbaycana etdiyi səfərin nəticələri Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verib.*
N.Abbasova