Azərbaycan prezidenti İlham Əliyev yaxın zamanda Ukraynaya rəsmi səfər edəcək. Bunu Azərbaycanın Kiyevdəki səfiri Azər Xudiyev deyib.
“Yaxın gələcəkdə İ.Əliyevin Ukraynaya səfər edəcəyinə ümid edirik. Bu səfər münasibətlərimizin inkişafı və möhkəmlənməsinə təkan verəcək”, - A.Xudiyev “Ukrinform”a müsahibəsində bildirib.
O xatırladıb ki, 2016-cı ildə Ukrayna prezidenti Petro Poroşenko Azərbaycana rəsmi səfər edib. Həmin səfər çərçivəsində vacib razılıqlar əldə olunub ki, onların reallaşdırılması üçün tərəflər iş aparırlar.
A.Xudiyevin sözlərinə görə, Bakı və Kiyev əməkdaşlığın prioritelərini müəyyən ediblər. O həmçinin qeyd edib ki, İ.Əliyevin Ukraynaya səfəri zamanı tərəflər arasında sənədlər paketinin imzalanması planlaşdırılır. “Hazırda münasibətlərimizin inkişafı və dərinləşməsində fəaliyyətimizi tənzimləyəcək müvafiq sənədlərin hazırlanması ilə məşğul oluruq”, - diplomat vurğulayıb.
O əlavə edib ki, söhbət Azərbaycanın enerji layihələrində iştirakı, parlamentlərarası və ticari-iqtisadi əməkdaşlığın aktivləşməsindən gedir. **
F.İsazadə