Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının prezidenti Alain Berset ilə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Prezidentlər Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə ediblər. A.Berset qeyd edib ki, İsveçrə Azərbaycanı mühüm tərəfdaş hesab edir”, - məlumatda qeyd olunur.
Söhbət zamanı həmçinin Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyi bildirildi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu vurğulandı. “Bundan əlavə, prezidentlər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin qarşılıqlı investisiya qoyuluşu, SOCAR şirkətinin İsveçrədəki uğurlu fəaliyyətinə dair fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır.
Həmsöhbətlər qarşılıqlı ticarətin həcminin artırılmasının zəruriliyi qeyd ediblər, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyi vurğulayıblar. **
A.Əzizov