Azərbaycanda aqroparkların yaradılmasına dövlət investisiyası və güzəştli kreditlərin həcmi
251 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Госинвестиции на создание в регионах страны агропарков составили 149 млн манатов, еще 102 млн манатов – это льготные кредиты по линии Национального фонда поддержки предпринимательства. Таким образом, государство на эти цели выделило 251 млн манатов
“Regionlarda aqroparkların yaradılmasına dövlət investisiyası 149 mln. manat təşkil edib, daha 102 mln. manat Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlərin payına düşüb. Beləliklə, dövlət bu məqsədlərə 251 mln. manat ayırıb”, - nazirlikdən qeyd ediblər.
Hazırda 28 rayonda 43 aqroparkın yaradılması üzrə işlər davam edir. Bu aqroparkların ümumi sahəsi 183 min hektar təşkil edəcək.
“Aqroparkların üçündə birinci mərhələ başa çatdırılmış, 25-də tikinti-quraşdırma və 15-də layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək”, - nazirlikdən vurğulanıb.
Bundan əlavə, nazirlik tərəfindən 11 aqropark üzrə 350 milyon manat dəyərində dövlət investisiya təşviqi sənədi verilib. **
A.Əzizov